Niyaz Nəcəfovun fərdi sərgisi keçiriləcək

Noyabrın 27-dən dekabrın 2-dək Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Niyaz Nəcəfovun fərdi sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektoru, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Niyaz Nəcəfovun əsərləri Bakının aparıcı qalereyalarında nümayiş etdirilir. 2009–cu ildə Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamlardan olan fırça ustasının iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. Rəssamın əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka da daxil olmaqla bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Həmçinin onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə