“YARAT” “Artım” layihəsi ilə tanışlığa dəvət edir

“YARAT” Müasir İncəsənət Məkanı incəsənətsevərləri noyabrın 21-də “Artım” layihəsi haqqında məlumat almağa dəvət edir. SİA-nın məlumatına görə, “YARAT” Müasir İncəsənət Mərkəzinin kitabxanasında reallaşacaq görüşdə hər kəs iştirak edə bilər.

“Artım” layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. Sözügedən layihənin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə