MEK Mosul şəhərindəki kitabxanalara kitab göndərib FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanası İraq Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə əsasən 365 sayda kitabı Mosul şəhərindəki kitabxanalara göndərib. SİA-nın məlumatına görə, kitablar İraq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi xanım Enas Abdul Kadhim Mohammed Al-Khazrajiyə təqdim olunub. Elm, mədəniyyət, ədəbiyyat və tarix mövzularının üstünlük təşkil etdiyi kitablar sırasında “Azərbaycan dövlətçilik fəlsəfəsi”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. H.Əliyev haqqında etüdlər. H.Əliyev və Azərbaycan elmi”, “XİX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları”, “Qarabağ: etno mənəvi inkişaf tarixi”, “Qarabağ əsrlərin səlnaməsi”, “Azərbaycanlılara qarşı etnik və soyqırımı siyasətinin mərhələləri”, “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları”, “Türk xalqları ədəbiyyatı”, “XX əsr Azərbaycan poeziyası antologiyası”, “Kitabi Dədə Qorqudun yasaqlanması”, “Типологическая классификация памятников Азербайджанского зодчества ХI-XVIII вв”, “Qədim Azərbaycanda siyasi və hüquqi fikir”, “Orta əsrlər tarixi”, “Qədim Şərq tarixi”, ”Türkdən dönmə ermənilər”, “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən”, “Nizami Gəncəvi və Azərbaycan qaynaqları”, “Ulu Turan yolunda”, H.Cavidin “İblis” faciəsi, Q.Paşayevin “Dilimiz, varlığımız”, “M.F.Axundovun dünya görüşü”, “Azərbaycan məhəbbət dastanlarının poetikası”, “Aşıq yaradıcılığı” və s. əhəmiyyətli mənbələr yer tutub. Xatırladaq ki, ölkəmizin elmi-mədəni yeniliklərinin, tarixi irsinin təbliğini əsas fəaliyyət meyarlarından biri kimi diqqətdə saxlayan Mərkəzi Elmi Kitabxana ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif qurumların – elmi müəssisələrin, təhsil ocaqlarının, səfirliklərin, diaspor nümayəndəliklərinin, həmçinin digər təşkilatların kitab əldə edilməsi ilə bağlı müraciətlərinə dəstək verib. Bugünə qədər MEK-in Mübadilə fondundan müxtəlif layihələr çərçivəsində minlərlə kitab sözügedən müəssisələrə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə