İşçi qrupunun növbəti iclası keçirilib FOTO

İşçi qrupunun keçirilən növbəti iclasında Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Dəniz Administrasiyası, Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin və digər qurumların nümayəndələri iştirak edib.

SİA-nın məlumatına görə, iclasda “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icra vəziyyəti müzakirə edilib. Belə ki, viza rejimi tətbiq olunmayan, ölkənin giriş məntəqələrində viza rəsmiləşdirilməsi mümkün olan və ASAN viza sistemi vasitəsi ilə rəsmiləşən ölkələrin siyahısını genişləndirilməsi və viza prosedurlarının asanlaşdırılması siyasətini davam etdirməsi istiqamətdə təkliflər, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən sərhəd buraxılış məntəqələrində aparılan müşahidələrə dair hazırladığı hesabatda əks edilmiş rəy və təkliflər, və bir sıra mühüm məsələlər işçi qrupun müzakirəsinə təqdim edilib, dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq fikirlər səsləndirilib.

İclasın yekunu olaraq bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılması, Asan Viza sistemi vasitəsi ilə viza verilən ölkələrin siyahısının genişləndirilməsi, həmçinin viza prosedurlarının asanlaşdırılması siyasətini davam etdirməsi istiqamətdə təkliflərin hazırlanması və digər məsələlərə dair qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə