Beynəlxalq Film Festivalı başa çatıb FOTOLAR

Almaniyanın Kottbus şəhərində keçirilən 27-ci Beynəlxalq Film Festivalı başa çatıb. SİA-nın məlumatına görə, festivalın əsas müsabiqə proqramında azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi nümayiş olunub. Film tamaşaçılar və kinematoqrafçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Kottbus Beynəlxalq Film Festivalında 42 ölkədən 200-ə qədər film nümayiş olunub. Festivala 600-ə qədər beynəlxalq kino mütəxəssisi və 21 mindən çox tamaşaçı qatılıb.

Festival çərçivəsində Şərqi Avropa Tərəfdaşlığı ölkələri və Rusiyanın iştirakı ilə “dəyirmi masa” keçirilib. Görüşdə kino mütəxəssisi, “Cinemazadeh” kino şirkətinin prodüseri Səmayə Əsgərova əcnəbi kinematoqrafçılara və festival təşkilatçılarına milli kino sənayesi və beynəlxalq kino fəaliyyəti haqqında məlumat verib.

Xatırladaq ki, Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən görüşün birinci hissəsi cari ildə Odessa Beynəlxalq Film Festivalı çərçivəsində Ukraynada baş tutub. Təmsilçimiz, həmçinin adıçəkilən festivala qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramının münsifi qismində dəvət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə