Çingiz Məmmədov 70 illik yubileyini qeyd edir

Yubiley ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Çingiz Məmmədova təbrik ünvanlayıb. SİA-nın məlumatına görə, təbrikdə deyilir; Həyatınızın bu xoş və əlamətdar, 70 illik yubileyinizin qeyd olunduğu gündə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı yetiririk.

Azərbaycan musiqi sənəti sahəsində uzunmüddətli yaradıcılıq fəaliyyətiniz təqdirəlayiqdir. Bakı Musiqi Akademiyasının ən istedadlı müəllimlərdən biri, Azərbaycan Dövlət Simli Kvartetinin üzvü kimi Sizin səmərəli işiniz böyük əhəmiyyət kəsb edir. Siz öz yaradıcılığınızla ölkəmizdən uzaqlarda milli mədəniyyətimizi ləyaqətlə təbliğ edirsiniz. Peşəkar gənc kadrların yetişdirilməsində də Sizin xidmətləriniz vardır.

Əminik ki, bundan sonra da qazandığınız təcrübənizlə Azərbaycan mədəniyyətinin və Azərbaycan-Meksika mədəni əlaqələrinin inkişafında öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz.

Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə