Teatr Xadimləri İttifaqı tamaşaya baxmağa dəvət edir

Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində iki maraqlı tamaşa təqdim olunacaq.

İttifaqdan SİA-ya bildirilib ki, bu gün və sabah saat 19.00-da izləniləcək “Peterburq mənzilləri” və “Əlvida, konferansye” tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqı və “Art” Sankt-Peterburq Dövlət Musiqili Teatrının birgə təşkilatçılığı ilə nümayiş olunacaq.

Teatr Xadimləri İttifaqı teatrsevərləri tamaşalara baxmağa dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə