Bakılılar Mariya Kallasın həyatına tamaşa ediblər FOTOLAR

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində tanınmış teatr rejissoru, SSRİ Xalq Artisti Robert Struanın quruluşunda Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının “Mariya Kallas. Dərs” tamaşası nümayiş etdirilib.

SİA-nın məlumatına görə, tamaşa Amerika dramaturqu Terrens MakNellinin pyesi əsasında səhnələşdirilib. Süjetə görə, Mariya Kallas konservatoriya tələbələrinə dərs keçir. Tamaşanın ana xəttini primadonnanın şəxsi həyatı və karyerası barədə xatirələri təşkil edir.

Gürcüstanlı aktyorların çıxışı Bakı tamaşaçılarında unudulmaz təəssüratlar oyadıb.

Bütün xəbərlər Facebook səhifəmizdə