“Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin 16-cı Assambleyası keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının ən uğurlu layihələrindən hesab olunan, o cümlədən YUNESKO-nun müvafiq konvensiyalarının monitorinqini aparan “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin həyata keçirilməsində fəal iştirak edir və hər il işlənib hazırlanan Milli Məruzə müvafiq veb-portalda (http://www.culturalpolicies.net/web/index.php) yerləşdirilir. SİA-nın məlumatına görə, Avropanın qırx iki ölkəsinin iştirak etdiyi Kompendium layihəsi çərçivəsində milli məruzələr aşağıdakı əsas istiqamətlər üzrə hazırlanır: Tarixi perspektivlər, mədəniyyət siyasəti və onun alətləri; Mədəniyyət siyasətinin ümumi məqsəd və prinsipləri; Səlahiyyət, qərarvermə və idarəetmə; Mədəniyyət siyasətinin cari məsələləri, inkişaf və müzakirələr; Mədəniyyət sahəsinin əsas hüquqi təminatları; Mədəniyyətin maliyyələşdirilməsi; Mədəniyyət infrastrukturunda dövlət müəssisələri; Yaradıcılığın və iştirakın təşviqi və s.

1998-ci ildən etibarən artıq 19 ildir davam etdirilən Kompendium layihəsinin növbəti 16-cı Assambleyasının cari ilin 08-10 noyabr tarixində Çexiya Respublikasının Praqa şəhərində Çexiya Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil olunub. Sözügedən görüşdə təqdimatları olmuş Kompendium layihəsinin yeni idarəetmə sistemi və strukturunun müzakirə edilməsi məqsədilə Avropa Şurasının, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutunun (ERİKarTs), Avropa-Asiya Fondunun təmsilçiləri, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Çexiya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İslandiya, İsveçrə, İtaliya, Latviya, Litva, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Ukrayna və Yunanıstan və s. üzrə Kompendium milli müəllifləri iştirak ediblər. Azərbaycan Respublikasını Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri, Kompendium layihəsi üzrə Azərbaycanın milli müəllifi Yaşar Hüseynli təmsil edib. Nazirliyin nümayəndəsi həmçinin Avropa Mədəniyyət Tədqiqatçıları Assosiasiyasının (EKURES) 12-ci Assambleyasında və “Milli mədəni qurumlarının missiyası və rolu” adlı İctimai Forumda iştirak edib.

Məsələ ilə əlaqədar qeyd olunmalıdır ki, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin həyata keçirilməsində fəal iştirak edir. Belə ki, 2008-ci il 4-5 de­kab­r­da Bakı şəhərində "Av­ro­pa­da Mə­də­niy­yət Si­ya­sə­ti və Tə­ma­yül­lə­ri Kom­pen­diu­mu" la­yi­hə­si­nin "10 il­lik yu­bi­le­yi"nə həsr olu­nmuş Av­ro­pa Şu­ra­sı­na üzv-döv­lət­lə­rin mil­li mü­əl­lif­lə­ri­nin ic­la­sı təşkil edilib. Beynəlxalq layihənin nəticələri “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda nəzərə alınmış, nazirlik tərəfindən həyata keçirilən “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması”, “Xalq yaradıcılığı paytaxtları”, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”, “Xalq yaradıcılığı subyektlərinin portfolio bankı” və bu kimi innovativ proqram və layihələrin hazırlanmasında və həyata keçirilməsində geniş istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə