Məşhur rəssamın əsəri hərracda yüksək məbləğə satılıb

Məşhur holland rəssamı Vinsent Van Qoqun tablosu hərracda 81,3 milyon dollara satılıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, rəssamın “Şumlanmış sahə və cütçü” adlı tablosu Nyu-Yorkda “Christies” hərrac evində satışa çıxarılıb. Əsər rəssamın həyatının son illərində çəkilib.

Ümumilikdə, rəssamın hərraca çıxarılan 60 əsəri 479 milyon dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə