“Sonluğun sonu” nümayiş edilib

Azərbaycan Teatr Xadimləri İttifaqında mərhum dramaturq Rövşən Ağayevin “Sonluğun sonu” adlı əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş edilib. SİA-nın məlumatına görə, Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təqdim olunan psixoloji dramın quruluşçu rejissoru və rəssamı Asiman Ağa Rövşəndir.

Monotamaşada tənha, qoca və xəstə qadının bir günlük yaşam tərzinin vizual görüntüsü, onun acı etirafları aktrisa Güşvər Şərifovanın ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Maraqlı, zəngin səhnə dekorasiyası və aktrisanın məharətli çıxışı tamaşanı daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

loading...