ATMU-da “Sığorta və Sığorta mədəniyyəti” mövzusunda ustad dərsi keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti “Biznes İdarəçiliyi” fakültəsi və “Iqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə “PAŞA Həyat Sığorta” ASC tərəfindən universitetin “Maliyyə” ixtisasının tələbələri üçün “Sığorta və Sığorta mədəniyyəti” mövzusunda Ustad dərsi keçirilib. SİA-nın məlumatına görə, tələbələrə müasir dövrdə ailə büdcəsinə nəzarət, gəlir və xərclərin düzgün idarə olunması, sığorta savadlılığının və mədəniyyətinin artırılması istiqamətində maarifləndirici informasiyalar verilib. O cümlədən cəmiyyətdə sığorta mədəniyyətinin formalaşmasının bir sıra amillərdən asılılığı ətraflı təhlil edilib. Ustad dərsində tələbələrə təlqin olunub ki, sığorta fəaliyyətini təşkil edən müxtəlif təşkilatlar, qurumlar və sığorta olunmağa maraqlı şəxslər qarşılıqlı etibarlı əməkdaşlıq çərçivəsində formalaşdığından sığorta bazarı iştirakçılarının davranışlarını tənzimləyən normalar sistemi kimi dəyərləndirilir.

Təlimin sonunda fəallığı ilə fərqlənən bir qrup tələbə ”Paşa Həyat Sığorta”ASC-nin təsis etdiyi müvafiq sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...