Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 24-dən 28-dək Muzey Mərkəzinin sərgi qalereyasında görkəmli rəssam Həsən Haqverdiyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Davam" adlı sərgi açılacaq. Nazirlikdən SİA-ya bildirilib ki, sərgidə Həsən Haqverdiyevin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, ailə və digər şəxsi kolleksiyalardan seçilmiş əsərləri ilə yanaşı, böyük sənətkarın yaradıcılıq yolunu davam etdirən, Haqverdiyevlər ailəsindən olan Əli, Hüseyn, Saida, Ucal,

Yelena, Butunay, Sabina və Fərhadın yaradıcılığına aid əsərlər də nümayiş olunacaq.

loading...