Həmvətənimiz İsraildə konsert verəcək

Moskvada yaşayan həmvətənlimiz, Rusiya Televiziyası I kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı olmuş gənc vokalçı Emil Qədirov oktyabrın sonunda və noyabrın əvvəllərində İsraildə konsert proqramları ilə çıxış edəcək. SİA-nın məlumatına görə, Emil Qədirov bu məlumatı “facebook” səhifəsində paylaşıb. O, oktyabrın 27-də Hayfa, 28-də Aşdod, 29-da Rişon-le-Tsion, 31-də Netaniya, noyabrın 1-də Petax-Tikva, 4-də Karmiel, 7-də Or-Akiva, 9-da Beer-Şeva şəhərlərində çıxış edəcək. E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olan

E.Qədirov hazırda “Qradskiy Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir.

Ceyran Əsgərova

loading...