“Çəkməli Perro və Şahzadə Pyer” tamaşasının premyerası olub FOTOLAR

Lənkəran Dövlət Dram Teatrında fransız şairi və yazıçısı Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanmış “Çəkməli Perro və Şahzadə Pyer” tamaşasının premyerası olub. SİA-nın məlumatına görə, məktəblilər üçün nəzərdə tutulmuş, Xeyrin Şər üzərində qələbəsi fonunda qurulmuş səhnə əsərinin səhnələşdirəni və quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları aktyorlardan Allahverən Babayev, Hikmət Cəfərov, Səyad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov, Aysel Babazadə, Günel Abbaszadə, Ülkər Quliyeva, Nizami Qurbanov ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə