“Azərbaycan toyu” adlı konsert proqramı təşkil edilib FOTOLAR

Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümü münasibətilə Əskişəhərdə “Azərbaycan toyu” adlı konsert proqramı təşkil edilib. SİA-nın məlumatına görə, konsert Əskişəhər Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə reallaşıb.

Əskişəhər valiliyinin, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin, Əskişəhər Azərbaycanlılar Dərnəyinin nümayəndələrinin və digər qonaqların iştirak etdiyi konsertdə qurumun “Turan” musiqi qrupu çıxış edib.

Konsertdə “Vağzalı”, “Azərbaycanım”, “Anadır arzulara hər zaman Qarabağ”, “Necə unudum səni”, “Qal sənə qurban”, “Payız gəldi”, “Çırpınırdı Qara dəniz”, “Azərbaycan, Türkiyə”, “Yaşa Azərbaycan” mahnıları ifa edilib, şeirlər səsləndirilib.

Qonaqlar Azərbaycan musiqi mədəniyyəti ilə tanış olub və konsert onlara xoş ovqat bəxş edib.

Sonda azərbaycanlı tələbələrin rəqsi iştirakçılara xoş ovqat bəxş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə