Qədim nadir kolleksiyalar da mədəni sərvətlərə aid ediləcək DƏYİŞİKLİK

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mədəniyyət haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.

O bildirib ki, bundan sonra Azərbaycanda 1960-cı ildən etibarən yaradılan və mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilməyəcək.

Maddənin 30.2.6-cı maddəsinə əsasən, qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid edilir.

Dəyişiklik layihəsinə əsasən isə qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova
loading...