“Xalq qəhrəmanlıq eposu” kitabı işıq üzü görüb

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” kitabı işıq üzü görüb. Mərkəzdən SİA-ya bildirilib ki, yeni nəşr alman və roman, rus və cənubi slavyan, Orta Asiya və Azərbaycan xalqlarının dastan yaradıcılığı – “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Alpamış” və karel-fin dastanı “Kalevala” arasında müqayisəli elmi araşdırmaların yer aldığı dəyərli tədqiqat mənbəyidir.

Kitab ixtisaslaşmış auditoriya, elm və tədris müəssisələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Etimad Başkeçid tərəfindən dilimizə tərcümə edilən kitaba ön sözün müəllifi akademik Muxtar İmanovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə