“Geostorm” filminin nümayişi baş tutub

Park Cinema kinoteatrının Azercell IMAX zalında “Geostorm” filminin eksklüziv nümayişi baş tutub. SİA-nın məlumatına görə, tədbirdə tanınmış jurnalistlər, bloggerlər, rejissorlar və özəl şirkət nümayəndələri iştirak ediblər.

Filmdə baş rolları Cerard Batler, Cim Störcess, Ebbi Korniş və Aleksandra Mariya Lara ifa ediblər. Filmin çəkilişlərinin son mərhələlərində prodüsser qismində Cerri Brukhaymer cəlb olunduqdan sonra filmin bir çox səhnələri yenidən çəkilmişdir. Bəzi səhnələr isə hətta Luziana ştatında, Yeni Orleanda NASA-nın mərkəzində lentə alınıb.

Maraqlı faktlardan biri isə odur ki, layihə ilə öncədən Paramount Pictures məşğul olmuşdur, daha sonra isə bu iş Warner Bros həvalə olunub.

Qeyd edək ki, film Park Cinema kinoteatrlar şəbəkəsinin geniş ekranlarında 20 oktyabr tarixindən etibarən nümayiş olunacaq. Biletlər parkcinema.az saytında və kinoteatrın kassalarında artıq satışdadır. Trailer:

http://parkcinema.az/movies/view/4460/geostorm

Bütün xəbərlər Facebook səhifəmizdə