Həftəsonu ADGTT-da 7 tamaşa nümayiş olunacaq

Həmişə olduğu kimi bu həftə də ADGTT-da uşaqlar və böyüklər üçün maraqlı repertuar tərtib edilib. SİA-nın məlumatına görə, məktəb yaşlı tamaşaçılar oktyabrın 20, 21, 22 “Əlincə qalası”, “Tıq-tıq xanım”, “Çirkin ördək balası” tamaşalarını izləyə biləcəklər. Tamaşalar hər gün saat 12:00 və 14:00-da nümayiş olunacaq. Böyüklər üçün isə oktyabrın 21-də Ə.B. Haqverdiyevin “Pəri Cadu”, 22-də Ə.Əmirlinin “Mən səni sevirəm” tamaşaları təqdim ediləcək. Tamaşalarda Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Mustafayeva, Nicat Kazımov, Kəmalə Hüseynova, Naibə Allahverdiyeva, Nofəl Vəliyev, Leyli Vəliyeva, Şəfəq Vəliyeva, aktyorlardan Mehriban Abdullayeva, Elşən Rüstəmov, Anar Seyfullayev, Müşfiq Əliyev və teatrın sevilən aktyorları iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə