Rəssamlar əsərlərini açıq səma altında yaradacaq

Oktyabrın 29-da “Art Villa” qalereyasında “Açıq səma altında plener-17” keçiriləcək. SİA-nın məlumatına görə, Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener “Payız” mövzusuna həsr olunacaq. Sərgi çərçivəsində çoxsaylı rəssamın iştirakı ilə müxtəlif janrlı rəsm əsərləri açıq səma altında yaradılacaq. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər.

Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə