Londonda Cövdət Hacıyevə həsr edilən konsert proqramı təqdim ediləcək

Noyabrın 24-də Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonda “St Johns Smith Square” məkanında bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevə həsr edilən konsert proqramı təqdim ediləcək.

Bu barədə məlumat “facebook”da “Jevdet Hajiyev, composer” səhifəsində yer alıb.

Bu il Cövdət Hacıyevin anadan olmasının 100 illiyi Azərbaycan və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilib. Bu sırada Cövdət Hacıyevin fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabının birinci cildinin Londonda təqdimatını, Floridada Müəllimlər Konfransında bəstəkar haqqında məruzəni, Nyu-Yorkda “Carnegie Hall”da geniş konsert proqramını, Vyanada “Dmitri Şostakoviç və Cövdət Hacıyev: tarixin səhifələri” mövzusunda elmi məruzəni, habelə Bakıdakı konsert proqramlarını, Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert və digər tədbirləri qeyd etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə