Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən sərgi açılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilən sərgi açılıb. MEK-dən bildiriblər ki, sərgi Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.

Sərgidə AXC-nin yaranmasını, fəaliyyətini, AXC-nin qurucularının həyatını əks etdirən 50-dək mənbə nümayiş olunur.

Burada AMEA Tarix İnstitutunun AXC-nin Böyük Britaniya arxivində olan sənədlərinə əsasən hazırladığı “Azərbaycan Demokratik Respublikası”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və milli müstəqilliyin ideya-siyasi problemləri”, “Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, M.Ə.Rəsulzadənin müəllifi olduğu, məqalələrinin və məktublarının toplandığı “Məqalələr və məktublar toplusu” və MEK-in fondlarında olan digər kitablar sərgilənir.

Sərgi 2018-ci ilin sonunadək davam edəcək. Oxucular sərgidəki kitablardan ümumi qaydada - oxucu sorğu-sifarişi əsasında istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə