Musiqili Teatrın aktrisası doğum gününü qeyd edir

Azərbaycan Dövlət Musiqili Teatrının tanınmış aktrisası Mehriban Zalıyeva doğum gününü qeyd edir. Teatrın Mətbuat xidmətindən SİA-ya bildirilib ki, doğum günündə iş başında olan aktrisa ona əziz olan bu günü məşqdə, sənət dostları ilə birlikdə keçirir.

Qeyd edək ki, Mehriban Zalıyeva Bakı şəhərində anadan olub. Bakı Musiqi Akademiyasının Solo oxuma fakultəsində təhsil alıb. 2006-cı ildən bu günə kimi Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Azərbaycan dramaturqlarının, eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. «Qısqanc ürəklər»də (R.Mirişli) Səbinə, «Səhnədə məhəbbət»də (S.Fərəcov, Ə.Əmirli) Müğənni qız, “Kələkbazlar”da (S.Ələsgərov, İ.Məlikzadə) Qəndab, "Əlin cibində olsun”da (O.Rəcəbov, A.Babayev) Lalə, “Yeddi məhbusə anası”nda (C.Quliyev, Ə.Əmirli) Şöhrət, Qüdrət, “Arşın mal alan”da (Ü.Hacıbəyli) Asya, "Skapenin kələkləri”ndə (J.B.Molyer) Giasinda, “Qafqazlı qardaşqızı”da (R.Hacıyev) Natəvan, “999-cu gecə”də (F.Əmirovun musiqiləri əsasında) Reyhan, “Baladadaşın toy hamamı”nda (Elçin) Bikə, “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov) tamaşasında Cənnət, “Yağış göbələyinin macərası”nda (R.Şəfəq, V.Zimin) Tülkü bacı, “Bir dayan

canavar”da (R.Ağayeva, A.Xayt) Qırmızı papaq, "Düyməcik”də (H.X.Anderson) Düyməcik, “Qızıl cücə”də (V.Orlov) Bim, “Qırmızı papaq”da (E.Sabitoğlu, Y.Şvarts) Dovşan, “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero) Pəri Flora və s. yaddaqalan obrazları ilə tamaşaçıların sevimlisinə çevrilən aktrisa bir neçə mövsümdə ilin aktrisası nominasiyasında teatr rəhbərliyinin xüsusi mükafatına layiq görülüb.

loading...