"Təbriz Beynəlxalq Mükafatı Qalibləri” adlı albom

Bu yaxınlarda Türkiyənin İstanbul şəhərində İRCICA (İslam mədəniyyəti, tarixi və incəsənətinin tədqiqat mərkəzi) tərəfindən işıq üzü görən “Sənətkarlıqda İnnovasiya və yaradıcılıq üzrə Təbriz Beynəlxalq Mükafatı Qalibləri” adlı albom 2015-ci ildə Təbriz İncəsənət Universiteti ilə birgə Təbrizdə təşkil edilmiş eyni adlı beynəlxalq tədbirə həsr olunub. SİA-nın məlumatına görə, həmin alboma dünyanın bir çox ölkələri ilə yanaşı Azərbaycan mədəniyyətini təmsil edən nümayəndələr kimi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları – İranə İbrahimova və Sultan Sultanov haqqında məlumatlar və fotoşəkillər daxil edilib.

Belə ki, mərkəzin baş mühafizi İranə İbrahimova həmin tədbirə həsr olunmuş beynəlxalq konqresdə məruzə ilə çıxış etmiş, bərpaçı-rəssam Sultan Sultanov isə sənətkarlıq müsabiqəsində sərgidə zərgərlik üzrə master-klass təqdim etmiş və hər iki nümayəndə kubok və xüsusi diplomlarla təltif olunublar.

loading...