Rəqs qrupu Kaliforniya “Disneyland”ində çıxış edib FOTOLAR

Kanadanın Kalqari şəhərində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin nəzdində “Azəri Kalqari ulduzları” (Azeri Calgary Stars) adlı uşaq rəqs qrupu təşkil edilib. SİA-nın mılumatına görə, qrup Kalqaridə müxtəlif tədbir və festivallarda aktiv iştirak etməklə Azərbaycan mədəniyyətini və musiqisini tanıdır.

Sentyabr ayında isə “Azəri Kalqari ulduzları” uzun seçimlərdən sonra ABŞ-ın Kaliforniya ştatında yerləşən “Disneyland” əyləncə mərkəzində çıxış etməyə haqq qazanıb. Rəqs qrupunun çıxışı eyni zamanda Azərbaycan musiqisinin hər gün minlərlə insanın ziyarət etdiyi “Disneyland” əyləncə mərkəzində ilk təqdimatı olub. Azərbaycanlı uşaqların ifaları ziyarətçilər tərəfindən maraqla qarşılanaraq alqışlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə