“Qar qız” operası nümayiş etdiriləcək

Dekabrın 13-dən 15-dək Rusiya Böyük Teatrında N.Rimski-Korsakovun “Qar qız” operası nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, dekabrın 14-də səhnə əsərində Mizgir obrazını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov (bariton) ifa edəcək.

Böyük Teatrda operanın premyerası 2017-ci il iyunun 15-də olub.

E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə