Şabranda növbəti Şura iclası keçirilib FOTOLAR

Şabran şəhərində Xaqani poeziya evində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin növbəti Şura iclası keçirilib. SİA-nın məlumatına görə, Şura iclasını Regional idarənin rəisi Nazim Ağayev açaraq bildirib ki, bu ildən etibarən hər il sentyabrın 15-i ölkəmizdə həm də kino mövsümünün başlandığı gün kimi qeyd olunacaq. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən 2017-ci ildən etibarən hər il ölkəmizin paytaxtında və regionlarda kino mövsümünə həmin gündən start veriləcək. Respublikanın bütün regionlarında olduğu kimi Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinə aid olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da həftədə üç gün olmaqla Azərbaycanda istehsal olunmuş bədii,sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçiriləcək.

Həmçinin şura iclasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində pullu xidmətlərin yaradılması və icra vəziyyət müzakirə edilmiş, Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Qusar rayon Tarix Diyarşünaslıq Muzeyinin 2017-ci ilin I yarımılində gördüyü işlər barədə müəssisə rəhbərlərinin hesabatı dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə