Qusar Dövlət Ləzgi Dram Teatrı mövsümü “Xanuma” komediyası ilə açıb

Qusar Dövlət Ləzgi Dram Teatrı A.Saqarellinin “Xanuma” komediyası ilə yeni teatr mövsümünü açıq elan edib. SİA-nın məlumatına görə, baş rejissor Laləzar Hüseynovanın quruluşunda təqdim edilən tamaşada rəsmlərin quruluşu Marina Mahmudovaya, musiqi tərtibatı isə Şaik Qardaşova məxsusdur.

Səhnə əsərində rolları aktyorlar Bağır Əhmədov, Kifayət Yusifova, Lalə Qurbanova, Sədaqət Əlimuradova, Kəmalə Qasımova, Namik Mustafayev, Rəhilə Hacıbəyova, Yuriy Kərimov və başqaları ifa ediblər. Zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı ilə baxımlı olan səhnə əsəri maraqla qarşılanıb.

Müflisləşmiş və yaşlı Vano Pantiaşvili adlı bir insanın sevgi macərasından bəhs edən səhnə əsəri xoşbəxt sonluqla bitir.

Bütün xəbərlər Facebook səhifəmizdə