Xalq artisti Fuad Poladov xəstəxanaya yerləşdirildi AÇIQLAMA

Xalq artisti Fuad Poladovun qırtlaq xərçəngindən əziyyət çəkdiyi bildirilir. Hətta aktyorun hazırda Milli Onkologiya Mərkəzində müalicə olunduğu deyilir.

Məsələni aydınlaşdırmaq üçün xəstəxana ilə əlaqə saxladıq. SİA-ya xəstəxanadan verilən cavab belə oldu: "Xalq artisti Fuad Poladov haqda heç nə deyə bilmərik. Fuad müəllim səhhətinin yaxşı və ya pis olması haqda heç kimə açıqlama verməyə icazə vermir".

Fuad Poladov artıq bir müddətdir ki, danışa bilmir. O, bu ağır xəstəliyə görə yanvar ayından səhnəyə çıxmır. Xalq artistinin ciddi müalicəyə ehtiyacı olduğu bildirilir. Bu müalicə üçün isə külli miqdarda vəsait tələb olunur.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə