Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə kino mövsümünün açılışı gününə həsr olumuş tədbir keçirillib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Regional İdarənin rəisi Tahir Əliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində atılan addımlardan danışaraq bildirmişdir ki,gələn il Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq.

Tahir Əliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Eyni zamanda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin digər sahələri ilə yanaşı,milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini davam etdirir.

Daha sonra o qeyd edib ki, bu ildən etibarən sentyabrın 15-i ölkəmizdə həm də kino mövsümünün başlandığı gün kimi qeyd olunacaq. Belə ki, mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin imzaladığı əmrə əsasən 2017-ci ildən etibarən hər il ölkəmizin paytaxtında və regionlarda kino mövsümünə həmin gündən start veriləcək. Nəzərdə tutulan ekran əsərləri ölkəmizin paytaxtında və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, həmçinin film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində göstəriləcək.

Eyni zamanda Respublikanın bütün regionlarında olduğu kimi Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında da bu gündən etibarən həftədə üç gün Azərbaycanda istehsal olunmuş bədii,sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçiriləcəkdir.

Tədbirin sonunda “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” sənədli filmi nümayiş olunub.

15 sentyabr - “Azərbaycanda Kino Mövsümünün Açılışı Günü”nə həsr olumuş tədbirlər Ağdaş rayonu ilə yanaşı Göyçay,Ucar və Zərdab rayonlarında da yüksək səviyyədə təşkil olunmuş və tədbirlərdə Regional İdarənin aparatının məsul işçilərinin iştirakı təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə