Sentyabrın 22-də Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fəaliyyətinin 50 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, muzeyin təşkilatçılığı ilə təşkil ediləcək. Bu barədə SİA-ya Niyazinin mənzil muzeyinin direktoru Rza Bayramov məlumat verib.

Onun sözlərinə görə, tədbir çərçivəsində muzeyin keçdiyi yola nəzər salınacaq, konsert proqramı təqdim ediləcək, eyni zamanda, muzeyin fəaliyyətinə həsr edilmiş fotosərgi açılacaq. Həmçinin muzeyin iki yeni zalının açılışı da nəzərdə tutulur.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə