Dünya şöhrətli musiqiçi, görkəmli violonçel ifaçısı Mstislav Rostropoviçin anadan olmasının 90 illik yubiley tədbirləri bu il mədəniyyət aləminin mühüm hadisələri sırasındadır. SİA-nın məlumatına görə, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi yubiley ili çərçivəsində “Volqa turnesi”ni bərpa etməyi qərara alıb.

Oktyabrın 3-dən 7-dək Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri və orkestri, habelə Olqa Rostropoviçin rəhbərliyi ilə M.Rostropoviç Fondunun təqaüdçüləri “Mstislav Rostropoiviç” gəmisində musiqili tur keçirəcəklər. Rusiyanın Çerepovets şəhərindən başlanacaq tur Yaroslavl, Kostroma, Plyosda davam edəcək, Nijni Novqorodda başa çatacaq.

Qeyd edək ki, “Volqa turne”si ilk dəfə 2004-cü ildə təşkil edilib. O zaman Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri və M.Rostropoviç Fondunun təqaüdçüləri Nijni Novqorod, Samara, Kazan və Ulyanovda çıxış ediblər.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə