Əməkdar rəssamla görüş keçiriləcək

Sentyabrın 20-də “YARAT” Müasir İncəsənət Mərkəzində "Rəssamla tanışlıq" layihəsi çərçivəsində Əməkdar Rəssam Əliyar Əlimirzəyevlə görüş keçiriləcək. SİA-nın məlumatına görə, görüşdə rəssam həyat və fəaliyyətindən, məşğul olduğu sənətin sirrindən söz açacaq və gənc fırça ustalarına tövsiyələrini verəcək, ona ünvanlanacaq sualları cavablandıracaq.

Qeyd edək ki, 2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin fırça ustalarının iştirak etdiyi beynəlxalq sərgidə Ə.Əlimirzəyevin "Fenikslər" əsəri Qran-Priyə layiq görülüb, həmçinin həmin ildə Serbiyanın Qorni Milanovats şəhərində keçirilən Beynəlxalq Miniatür sərgisinin 1-ci mükafatını qazanıb.

Əliyar Əlimirzəyevin əsərləri Azərbaycan və xarici ölkələrin bir çox muzey və qalereyalarında, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə