Azərbaycan Mədəniyyət Forumunda təmsil olunacaq

Noyabrın 16-dan 18-dək Azərbaycanın əməkdar artisti, tanınmış rəqqas Tahir Eynullayev VI Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edəcək. SİA-nın məlumatına görə, rəqqas forumda iştirakını təsdiqləyib və səfərə hazırlıqlara başlayıb.

Qeyd edək ki, tanınmış rəqqas ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə