“Abşeron” adlı rəsm sərgisi açılacaq

Sentyabrın 25-də “Art Tower” qalereyasında “Abşeron” adlı rəsm sərgisi açılacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə gerçəkləşəcək. SİA-ya bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

D.Məmmədov bildirib ki, bir sıra rəssamlar artıq Abşeron mövzusunda “workshop” formatında sənət əsərləri yaratmağa başlayıblar. Ziyarətçilər rəssamların iş prosesinə baxmaq üçün sentyabrın 24-dək hər həftənin şənbə və bazar günləri (saat 12:00-17:00-dək) “Art Tower” qalereyasına üz tuta bilərlər.

Təşkilat rəhbəri əlavə edib ki, sonda yaradılmış əsərlərdən ibarət sərgi açılacaq.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə