BMA-da yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib

Sentyabrın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə BMA-nın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva çıxış edərək yeni dərs ilində tələbə adını qazanan hər kəsi təbrik edib və akademiyanın tədris sistemi haqqında tələbələri məlumatlandırıb. Prorektor vurğulayıb ki, bu il BMA-ya fərqli ixtisaslara malik 150 tələbə daxil olub.

Qeyd edilib ki, təhsil ocağında yeni açılan “Musiqi müəllimliyi” ixtisasına da tələbə qəbulu həyata keçirilib.

Sonra çıxış edən ali təhsil ocağının professor- müəllim heyəti tələbələri Üzeyir Hacıbəyli ənənələrinə sadiq olaraq onun adını layiqincə təmsil etmələrini və bu təhsil ocağında fəaliyyət göstərən korifey sənətkarların yolunu uğurla davam etdirmələrini tövsiyə ediblər.

Tələbələr ilk dərs günüdə “Heydər Əliyev – İslam həmrəyliyi ideyasının banisidir” adlı mühazirə dinləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə