"Milli Musiqi Günü" ilə bağlı növbəti konsert proqramı təşkil olunub Naxçıvanda

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının qarşısında Milli Musiqi Gününə həsr olunmuş rəqslərdən ibarət konsert təşkil edilib.

Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları, “Şərur” Xalq YallıAnsamblı, “Şərur qönçələri” Uşaq Yallı Ansamblının ifasında rəqslər tamaşaçılara təqdim edilib. Rəqs kollektivlərinin ifasında “Üç gül”, “Qaytağı”, “Turacı”, “Xançobanı”, “Uzundərə”, “Naz eləmə” və başqa rəqslər alqışlarla qarşılanıb. Sonra meydan yallı ansambllarına verilib. Həmin kollektivlərin ifasında “Göyçəməni”, “Tirməşal”, “Söylə”, “Köçəri”, “Gopu”, “Höynəri”, “Qaleyi”, “Tənzərə”, “Xələfi” kimi qədim yallılarımız ifa edilib. “Şərur qön- çələri” UşaqYallıAnsamblının çıxışı xüsusilə xoş ovqat yaradıb. Qeyd edək ki, muxtar respublikamızda Milli Musiqi Günü ilə bağlı tədbir və konsertlər davam edir.

Müəllif: Xaliq Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə