"Milli musiqi günü" adlı konsert keçiriləcək AÇIQLAMA-FOTO

Üzeyir Hacıbəylinin anadan olmasının 122-ci ildönümünə həsr olunmuş "Milli musiqi günü" adlı konsert keçiriləcək. SİA-ya bu haqda AzTV Mədəniyyət kanalının əməkdaşı Şahin Verdiyev açıqlama verib: "Sentyabrın 18-də AzTV Mədəniyyət kanalı və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi və təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı, profesional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 122-ci ildönümünə həsr olunmuş "Milli musiqi günü" adlı konsert keçiriləcək. Konsertdə Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri Azərbaycanın klassik bəstəkarlarının əsərlərini səsləndirəcək. Eyni zamanda konsertdə "Muğam müsabiqəsi 2017"nin qalibləri də çıxış edəcəklər".

Qeyd edək ki, konsert saat 15:00-da Qız qalası önündə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə