ATMU rektoru yüksək bal toplayan tələbələrlə görüşüb

2017/2018-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinə 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələrlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Turizm və Menecment Universitetin rektoru tarix üzrə fəlsəfə doktoru İlham Mədətov, Tədris işləri üzrə prorektor siyasi elmlər üzrə fəlsəfə doktoru, dos. Eldar Aslanov, İnkişaf məsələləri üzrə prorektor pedaqoji elmləri doktoru, prof. İranə Əliyeva, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, tələbələr və onların valideynləri iştirak edib. Görüşdə çıxış edən rektor İlham Mədətov ölkə turizminin dinamik inkişafında önəmli rol oynayan ixtisaslı kadr potensialının formalaşmasında rəhbəri olduğu ATMU-nun xüsusi rol oynadığını diqqətə çatdırıb

Rektor deyib ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 458 nəfər gənc Azərbaycan Turizm və Menecment Universitetini seçib. Azərbaycanın müxtəlif rayon və kəndlərində təhsili başa vuran həmin gənclərdən 11 nəfəri 600-dən yuxarı bal toplayıb.. Deməli siz tələbələr öz üzərinizdə müstəqil çalışıb yüksək uğur qazanmısınız. Valideynləriniz kimi bizdə sevinirik ki, siz gənclər ATMU-nun tələbə kontingentində yüksək bal toplayanlardansınız. Məhz ATMU-nu seçdiyiniz üçün sizlərə təşəkkür edirik

.Görüşün sonunda rektor İ.Mədətov tələbələrə yaxşı oxumağı tövsiyyə edib və onlarla.xatirə şəkli çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə