Bildiyiniz kimi, strateji məqsədli islahatların reallaşmasına nail olmaqdan ötrü başlıca hədəflərdən biridə müasir dünyagörüşünə malik, intellektual insan kapitalının formalaşdırılmasına nail olunmasından ibarətdir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi: “Təhsil bizim gələcəyimizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca sahədir.. Bizə yeni, bilikli, dünyada biznes mühitini yaxşı bilən peşəkar menecerlər lazımdır. Tam əminəm ki, bizim gələcəyimiz təhsillə bağlıdır”.

Dövlətimizin iqtisadi imkanları artdıqca sivil dəyərləri, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini mənimsəyən gənc kadrların hazırlanması prosesinə xüsusi önəm verilir. Bu baxımdan kadr hazırlığına, ali təhsil sisteminin təkmilləşdirilməsinə göstərilən qayğı respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəetmə sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. Gələcəkdə dövlət idarəetmə strukturlarında bu və digər formada fəaliyyət göstərəcək peşəkar kadrlar, mütəxəssislər bu gün məhz universitet auditoriyalarında yetişir.

ATMU Elmi Şurasıının 2017/2018-ci tədris ilində keçirilən ilk iclasında Azərbaycan Turizm və Menecment Universitetinin rektoru tarix üzrə fəlsəfə doktoru İlham Mədətov şura üzvlərini salamladıqdan sonra gündəliyə daxil edilən hesabat-məruzələrin özünütəhlil əsasında olacağına inandığını dedi. Yeni tədris ilinə hazırlığın vəziyyəti ilə bağlı hesabat-məruzə ilə çıxış etmək üçün ilk sözü universitetin Tədris işləri üzrə prorektoru siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanova verdi. E.Aslanov qeyd edib ki, indiyədək 2 min 122 nəfər məzun universitetin bakalavr pilləsini bitirib, onlardan 143 nəfəri magistr dərəcəsi alıb. Son 10 ildə tələbələrdən 171 nəfər həm bakalavr və həm də magistr pilləsində Azərbaycan Turizm və Menecment Universitetinin, o cümlədən Avstriyanın İMC Krems TEU-nun diplomunu alıb. Bu tədris ilində universitet tələbələrindən 2 nəfər Türkiyədə, 12 nəfər Şimali Kipr Türk Cümhuriyyətində, 38 nəfər İsraildə, 1nəfər Rusiyada və 80 nəfərdən çoxu isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub.

E.Aslanov vurğulayıb ki, yeni tədris ilində ATMU-ya 12 ixtisas üzrə bakalavriat səviyyəsində 470 plan yeri ayrılıb. Universitetə qəbul üçün sənəd təqdim edən 458 nəfərdən 201 nəfərinin dövlət sifarişi əsasında, 257 nəfərinin isə ödənişli əsaslarla təhsil alacaqlarlar. Tələbələrdən 90 nəfəri məcburi köçkün, şəhid ailəsi və ya valideyn himayəsindən məhrum olanlardır. Azərbaycan bölməsinə 369, rus bölməsinə (“Turizm və otelçilik” və “Menecment” ixtisasları üzrə) 34 və ingilis dili bölməsinə

(“Turizm və otelçilik” və “Menecment” ixtisasları üzrə) 55 tələbə qəbul olub. Onlardan 7 nəfəri 600-dən yuxarı, 48 nəfəri 500-599 və 15 nəfəri 200-249 arası bal toplayıb.

İxtisaslar üzrə keçid ballarının 2016/2017-ci illə müqayisəsinə görə deyə bilərik ki,ümumi keçid balının bu il DİM tərəfindən 200 bal səviyyəsində saxlanılması nəticəsində ATMU-da 12 ixtisasdan 4-də ötən illə müqayisədə tələbələrin sayında artım var. Menecment, Marketinq, Regionşünaslıq, Nəqliyyat servisi, Beynəlxalq münasibətlər, Maliyyə ixtisasları üzrə minimum keçid balı nisbətən aşağı düşsədə, Turizm və otelçilik, Tərcümə, Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, Sosial iş, Qida məhsulları mühəndisliyi ixtisası üzrə yüksək faiz göstəricisi diqqətçəkəndir. Biznesin idarəedilməsi ixtisası üzrə faiz göstəricisi dəyişməyib. Bu il ATMU üzrə minimum keçid balı keçən illə müqayisədə 293-dən 320-yə yüksəlib. Minimum keçid balı 12 ixtisas arasında ən yüksək- Sosial iş ixtisasında- 429, ən aşağı isə -Müzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasında -276 bal səviyyəsində olub.

Müvafiq kafedraların müəllimləri tərəfindən keçirilən müsahibənin yekun nəticəsi əsasında ingilis dili üzrə 17 qrup təşkil edilib. Ürəkaçan fakt olmasa da deməliyəm ki, Azərbaycan sektoruna qəbul olunan 369 tələbədən 5-nin rus dilində hazırlıq səviyyəsi qənaətbəxş, 364 nəfərin rus dilində anlayışı sıfır qiymətləndirilib.

E.Aslanov bildirib ki,cari tədris ilində ATMU-ya ali təhsilin magistratura səviyyəsində 19 ixtisaslaşma üzrə ayrılan 96 plan yerinə sahiblənən magistr-tələbələrdən 45-i dövlət sifarişi, 49-u isə ödənişli əsaslarla təhsil alacaqalar. Elmi-statistik təhlil baxımından qeyd edilən rəqəmlər həm ali təhsilin bakalavriat, həm də magistratura səviyyəsində uğurlu göstərici hesab edilir.

ATMU-da doktorantura üzrə 16 ixsaslaşma üzrə 23 yerlik qəbul planı Azərbaycan Respublikası Nazirlər Kabinetinə müvafiq qaydada təqdim edilib və cari ilin payızında qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Hazırda ilkin peşə təhsili üzrə ATMU nəzdində Bakı Turizm Peşə Məktəbində təqdim edilmiş plana əsasən 9 ixtisas üzrə 500 plan yeri üzrə şagirdlərin sənəd qəbulu davam edir və məlumata görə sənəd verənlərin sayı qənaətbəxşdir.

ATMU Elmi Şurasının 2017/2018-cı tədris ilinə hazırlığın vəziyyəti və digər məsələlərə həsr olunan ilk iclasında ali təhsil ocağının struktur rəhbərlərindən Nərminə Abdullayeva,Nəsrullah Nəsirli,İbrahim Əliyev,Bahadur Bilalov, müəllimlərdən Seyidəli Məmmədli və digərləri məruzə və çıxışlara münasibətlərini,o cümlədən bir sıra təkliflərini bildirdilər.İclasda ATMU-nun Tədqiqat və inkişaf şöbəsinin bölmə rəhbəri, kimya üzrə fəlsəfə doktoru Qahirə Məmmədovanın dosent vəzifəsini tutması üçün müvafiq sənədlərin AAK- na təqdim olunması qərara alındı.

İclasın sonunda ATMU EŞ.iclasının gündəliyindəki məsələlər əlavə və təkliflər nəzərə alınmaqla qəbul edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə