“Mənim yay tətilim-2017” başa çatıb

Bakı Xətai Sənət Mərkəzində elan edilən “Mənim yay tətilim-2017” adlı respublika uşaq müsabiqəsi başa çatıb. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan müsabiqə məktəblilərin yay tətili xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.

15 yaşadək fırça ustalarının qatıldığı müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlərə üstünlük verilib. Yaxın vaxtlarda toplanmış əsərlərdən ibarət sərginin açılacağı nəzərdə tutulur. Qaliblər diplom və müxtəlif mükafatlarla təltif ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə