İosif Kobzon: "“Mən çox şadam, çünki Azərbaycanı sevirəm"

Xidmətlərimin İlham Heydər oğlu tərəfindən tanınması mənim üçün çox dəyərlidir. Mən Azərbaycan Prezidentinə, onun simasında doğma Azərbaycanıma təşəkkür edirəm. Bu sözləri SSRİ Xalq Artisti, Rusiyanın tanınmış estrada müğənnisi İosif Kobzon AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib.

Xatırladaq ki, sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sentyabrın 11-də 80 illik yubileyini qeyd edən rusiyalı müğənni deyib: “Mən çox şadam, çünki Azərbaycanı sevirəm. Orada çoxlu dostlarım var”.

Bütün xəbərlər Facebook səhifəmizdə