Tural: "Bakıda ermənilərin adı ilə bağlı heç nə ola bilməz"

Artıq bağlanan "26" kafesi ilə bağlı müzakirələr bitmir. SİA-ya məsələ ilə bağlı Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Tural Bayraməliyev münasibət bildirib: "Bakının indiki "Sahil" parkında yerləşən "26" kafesinin bağlanmağı tam yerinə düşdü. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nə etdiyini çox yaxşı bilir. Hər kəs bilməlidir ki, Bakıda ermənilərin adı ilə bağlı heç nə ola bilməz. Burada söhbət "26" sözündən yaxud, mənasından getmir. Burada məsələ millətin milli dəyərlərindən gedir. Kimsə kafe açırsa, getsin həmin kafeni 20 Yanvar ərzisində işlətsin. Adını da "26 Yanvar" qoysun. Kim ona nə deyə bilər ki? Niyə məhz Azərbaycan xalqının düşməni və xəyanətkları Şamuyandı, nə zibildi, onların adına məxsus keçmiş "26-lar" parkında açır? Bizim bəzi yazıçıların da bu məsələni müdafiə etməsi və haqq qazandırması üzücüdür. Azərbaycan türkü bunu əsla etməz!".

Bütün xəbərlər Facebook səhifəmizdə