Hindistanın məşhur musiqi qrupu Bakıda çıxış edib

Hindistan məşhur “Indian Ocean” adlı musiqi qrupu Azərbaycanda konsert proqramları ilə çıxış edir. AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də qrupun Bakıda Dənizkənarı Milli Parkda konserti olub. Tədbir Hindistanın Mədəni Əlaqələr Şurasının və Hindistanın Azərbaycandakı Assosiasiyasının təşkilatçılığı ilə reallaşıb.

“Indian Ocean” qrupu öz nadir musiqisi ilə ölkə xaricində böyük uğur qazanıb. Qrupun ölkəmizə səfəri Hindistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində baş tutub. Paytaxt sakinləri və şəhərimizin qonaqları konsert proqramını maraqla qarşılayıblar.

Qeyd edək ki, qrupun növbəti konserti sentyabrın 13-də Sumqayıtda Dənizkənarı bulvarda olacaq.

loading...