Rusiya Televiziyasının Birinci kanalında Qriqori Lepsin yaradıcılıq gecəsi yayımlanacaq FOTOLAR

Avqustun 25-də Rusiya Televiziyasının Birinci kanalında Moskva vaxtı ilə saat 21:30-da “Jara-2017” festivalı çərçivəsində Qriqori Lepsin yaradıcılıq gecəsi yayımlanacaq. SİA-nın məlumatına görə, bu barədə məlumat Rusiyanın Birinci kanalında yer alıb.

Bakıda keçirilən Qriqori Lepsin yaradıcılıq gecəsini cəsarətlə “Jara-2017”nin zirvəsi adlandırmaq olar: həmin gecə bir-birindən gözəl 50-dən çox ifa olub, duetlər səslənib, konsert məkanına toplaşmış minlərlə tamaşaçı bənzərsiz çıxışları izləyiblər. Bu ifalar Rusiya estradasında Qriqori Leps məktəbini parlaq şəkildə təcəssüm etdirib. Yorulmaz Leps, demək olar, səhnədən çıxmır, sanki bu konsertə ürəyini qoyurdu. O, eləcə də Vaxtanq Kikabidze, Stas Mixaylov, Aleksandr Marşal, Soso Pavliaşvili, Diana Arbenina, Dima Bilan, Vladimir Presnyakov, EMİN, Valeri Meladze, Sergey Lazarev, Nərgiz, IOWA və MBAND qrupları ilə gecədən xeyli keçənədək oxuyublar.

“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə