Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunub

Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş "Vüsal körpüsü" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə rayonun elm, mədəniyyət və incəsənəti xadimləri haqqında danışılıb, natiqlər Cəbrayılla bağlı xatirələrini bölüşüblər.

Tədbir çərçivəsində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi də açılıb.

Bildirilib ki, tədbirin təşkil olunmasında məqsəd Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə