Azərbaycan filmləri Koreyada beynəlxalq festivalda

Azərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur. SİA-nın məlumatına görə, avqustun 31-dək davam edəcək festival müxtəliflik və multikultural dəyərlərin təbliğinə həsr olunub.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə festivala təqdim olunan “Buta” və “Girov” filmləri Seul Tarix Muzeyində nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə