“Qisasçılar” filminin 4-cü hissəsi çəkilir

Co və Entoni Russo rejissor-qardaşları “Qisasçılar” filminin dördüncü hissəsinin çəkilişlərinə başlayıblar. Lakin rejissorlar dördüncü hissənin adını hələ ki, açıqlamırlar. SİA-nın xarici KİV-lərə istinadla xəbər verir ki, filmin “Qisasçılar: sonsuz müharibə” adlanan üçüncü hissəsi 2018-ci ildə ekranlara çıxacaq.

“Marvel Studios”un rəhbəri Kevin Fayqi bildirib ki, “Sonsuz müharibə” superqəhrəman filmlərinin 10 illik tarixində ən yüksək zirvə olacaq.

“Qisasçılar”ın dördüncü hissəsinin premyerası 2019-cu ilin mayına planlaşdırılır.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə