Noyabrın 15-dən 19-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, səhnə əsərində Rodriqonun partiyasını noyabrın 16-da və 18-də Azərbaycanın Əməkdar artisti Elçin Əzizov ifa edəcək.

E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə